[b]Polina Rəhimovanın 32 xalı qələbə üçün kifayət etmədi[/b]
05.12.2016 - 09:44
[b]Polina Rəhimovanın 32 xalı qələbə üçün kifayət etmədi[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” NEC ilə qarşılaşıb.

 

Görüş “avtomobilçilər”in məğlubiyyəti ilə başa çatıb. “Toyota” rəqibinə cəmi 1 setdə qalib gəlib – 1:3 (31:29, 22:25, 26:28, 21:25). Rəhimova qarşılaşmada 32 xal toplayıb. O, bu xallardan 28-ni hücumda, 3-nü blokda, 1-ni isə eyslə əldə edib. 

 

“Toyota” növbəti turda “Toray”la qarşılaşacaq.

 

Qeyd edək ki, 11 oyundan sonra hesabında 14 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.

0