Qran-pri: Bakıya gələcək ölkələrin sayı dəqiqləşdi
06.12.2016 - 13:04
Qran-pri: Bakıya gələcək ölkələrin sayı dəqiqləşdi

Dekabrın 9-10-da Bakıda taekvondo üzrə keçiriləcək Qran-prinin final mərhələsinə qatılacaq ölkələrin sayı açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya çəkiləri üzrə dünya reytinqində ilk “16-lıq”da yer alan 128 taekvondoçu paytaxtımıza gələcək.

 

Onlar 47 ölkəni təmsil edəcəklər. Yarışı Ümumdünya Taekvondo Federasiyasının 45 hakimi idarə edəcək. Təmsilçilərimizdən Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov da onlar arasında olacaq.

 

Qeyd edək ki, G8 kateqoriyalı bu turnirdə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, ilk “üçlük”də yer alacaq idmançılara müvafiq olaraq, 6000, 3000 və 1000 ABŞ dolları məbləğində pul mükafatı da veriləcək.

 

Azərbaycan turnirə 7 idmançı ilə qatılacaq. 

0