Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Apasport.az saytı "qafqazinfo"ya istinadən xəbər verir ki, qəza “Qarabağ”ın qapıçısı Emil Balayevin başına gəlib.
Belə ki, Əmircan qəsəbəsində Balayevin idarə etdiyi “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə “Mercedes 180” markalı, 10 RB 542 avtomobil toqquşub.
Nəticədə “Mercedes” markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.