[b]“Azərbaycan ikinci vətənimə çevrilib” – tailandlı voleybolçu[/b]
08.12.2016 - 10:51
[b]“Azərbaycan ikinci vətənimə çevrilib” – tailandlı voleybolçu[/b]

“Azərbaycan ikinci vətənimə çevrilib. Bu ölkədə bir sıra klubların şərəfini qorumuşam”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in kapitanı Malika Kanzonq deyib.

 

Tailandlı voleybolçu klubunun Çempionlar Liqasının yeni mövsümdə hədəflərindən danışıb. “İqtisadçı” və “Azəryol”un də şərəfini qorumuş universal oyunçu bildirib ki, “Azərreyl” kimi bir komandanın kapitanı olmaqda bəxti gətirib: “Milli çempionatımız noyabrda başlayıb və biz bir neçə vacib oyun keçirmişik. Əlbəttə, hələ komandamız tam ideal vəziyyətə gəlməyib. Lakin oyun planında irəliləyiş üçün potensialımız var. Oyunumuzda lazım olan düzəlişlər etməliyik. Bu, zəruridi. Möhtəşəm azarkeşlərimizin əlavə güc alacağımızı düşünürəm. Onlar bütün oyunlarda olduğu kimi bu dəfə də yanımızda olacaqlar”.

 

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasının C qrupunda “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə oynayacaq.

 

 

0