[b]Bakıda keçiriləcək İslam Oyunlarına qatılmaq şərtləri açıqlandı[/b]
08.12.2016 - 15:00
[b]Bakıda keçiriləcək İslam Oyunlarına qatılmaq şərtləri açıqlandı[/b]

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslan Həmrəyliyi Oyunlarında iştirak edəcək yığmaların heyətinin necə formalaşmasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

 

O bildirib ki, komandalar iştirak hüququna müxtəlif cür yiyələnəcək: “Məsələn, yadımdadı ki, ilk Oyunlarda seçimi biz aparmışdıq. Yarışa 103 idmançı ilə qatılmışdıq. Bu dəfə isə yalnız komanda idman növlərində kvota tətbiq ediləcək. Fərdi növlərdə isə demək olar ki, iştirakçıları ölkələrin özləri müəyyənləşdirəcəklər. Amma burda da say məhdudiyyəti var. Yəni, ölkə atletikada qaçışda mübarizə aparmaq istəyirsə, burada da təmsil olunacaq”.

 

Qeyd edək ki, təxminən 57 ölkənin qatılacağı gözlənilən IV İslamiadada 20 idman növü üzrə 3500-dək atletin iştirakı planlaşdırılır. 

0