[b]“PAOK-a məğlubiyyətdən sonra azarkeşlərimizi sevindirmək niyyətindəydik”[/b]
09.12.2016 - 10:45
[b]“PAOK-a məğlubiyyətdən sonra azarkeşlərimizi sevindirmək niyyətindəydik”[/b]

“Çox xoşbəxtəm. Xüsusilə, mərhələ keçdiyimiz üçün sevinirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın futbolçusu Matias Veçino deyib.

 

25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının VI turunun “Qarabağ”la oyununu şərh edib. 2:1 hesabı ilə qalib gəldikləri matçın ən yaxşısı seçilən Veçino deyib ki, Ağdam təmsilçisi ilə oyun heç də asan alınmayıb: “Bilirdik ki, “Qarabağ” bütün bacarığını ortaya qoyacaq. Bu üzdən qalib gəldiyimizə şadıq. Federiko Kyezanı ilk qolu münasibəti ilə təbrik edirəm. O, yaxşı oyun nümayiş etdirdi. Avrokuboklarda bütün oyunlar çətin olur. “Qarabağ”la matç da istisna olmadı. Onlar qələbə qazanmalı idilər. Biz isə PAOK-a məğlubiyyətdən sonra azarkeşlərimizi sevindirmək niyyətindəydik. Ən əsası isə biz qrupda birinci yeri tutdu. Qələbəni ailəmə, rəfiqəmə və oğluma həsr edirəm”.

 

Qeyd edək ki, “Fiorentina” qrup qalibi kimi mərhələ adladığı halda, “Qarabağ” avrokuboka vida edib. 

0