“Kyezanın Bakıda qol hesabını açması, tortun üzərindəki qaymağa bənzəyir” - FOTO
09.12.2016 - 11:16
“Kyezanın Bakıda qol hesabını açması, tortun üzərindəki qaymağa bənzəyir” - FOTO

“Yaxşı oyun oldu. Qalib gəlməyimiz də lap yerinə düşdü”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın icraçı direktoru Sandro Mencuççi deyib.

 

İtaliya klubunun rəsmisi Avropa Liqasının qrup mərhələsinin son qarşılaşmasında “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlmələrinə münasibət bildirib. Onun sözlərinə görə, “Fiorentina” üçün rəqibin fərqi yoxdu: “Kyezanın Bakıda qol hesabını açması tortun üzərindəki qaymağa bənzəyir. Meydanda rəqiblər bir-birinə hörmətlə yanaşırdılar. Əsas odu ki, birinci yeri tutduq. Hədəfimiz də bu idi. Çünki birinci yer tutmaq bizə püşkatmada münasib rəqib vəd edir. Ümid edirik ki, dekabrın 12-də keçiriləcək püşk hər mənada yaxşı olacaq. Əslində qarşıdakı rəqibin kim olacağının fərqi yoxdu. Komandamız istənilən rəqiblə oynamaq gücündədi”. 

0