[b]“Avropa Liqasını başıuca tərk etdik”[/b]
09.12.2016 - 13:44
[b]“Avropa Liqasını başıuca tərk etdik”[/b]

“Rəqibimiz enerjili, istəkli komanda idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.

 

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qəbələ”ni qəbul edən Bundesliqa təmsilçisi meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Şmidt nəticəni şərh edib. O, Avropa Liqasını başıuca tərk etdiklərini bildirib: “Təbii ki, ümumi nəticə ürəyimizcə olmadı. Qrupdan çıxmadığımıza görə məyusuq. Amma Avropa Liqasını qələbə ilə, yəni başıuca tərk etdik. Qrupda qalsaq da, ümumi çıxışımız barədə yalnız müsbət fikirlər səsləndirə bilərəm. Hər halda, topladığımız 9 xal bunu deməyə əsas verir. Hər bir komanda can atır ki, daim Avrokubokda çıxış etsin. Bizim də istəyimiz belədi. Nə vaxtsa yenidən Avroliqanın qrup həyəcanını yaşamaq istərdik”.

 

Qeyd edək ki, 6 oyundan sonra 9 xal toplayan “Maynts” qrupda 3-cü yeri tutub. Aktivində xal olmayan “Qəbələ” isə Avroliqanın qrup mərhələsini sonuncu pillədə başa çatdırıb. 

0