“Qarabağ” növbəti mərhələyə layiq idi” - FOTO
09.12.2016 - 14:57
“Qarabağ” növbəti mərhələyə layiq idi”  - FOTO

“Layiqli qələbə qazandıq. Oyunumuzdan tam razı qalmaq olar”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın müdafiəçisi Maksimiliano Oliveyra deyib.

 

Avropa Liqasının son turunda Bakıda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanan florensiyalılar J qrupunu birinci pillədə başa vurub, “Qarabağ”ın isə növbəti mərhələ yolunu kəsib.

 

Qarşılaşma ilə bağlı İtaliya mətbuatına danışan Oliveyra “Qarabağ”ı da tərifləyib: “Qarabağ” soyuq havaya baxmayaraq, çox dinamik futbol sərgilədi. Açığı, oyun tam nəzarətimiz altında keçmədi. Yəni rəqib də qələbə qazana bilərdi. Sadəcə, biz əlimizə düşən şanslardan daha düzgün yararlandıq. Elə bir oyun idi ki, kim qələbə qazansaydı, buna layiq sayılacaqdı. Məncə, həm “Qarabağ”, həm də PAOK oyunu ilə növbəti mərhələyə layiq idi. Sadəcə, qrup ikincisi kimi, onlardan biri çıxmalı idi”.

 

Qeyd edək ki, “Fiorentina” 13, PAOK isə 10 xalla növbəti mərhələyə adlayıbsa, 7 xal toplayan “Qarabağ” qrupu 3-cü pillədə başa vurub.

0