[b]FİFA ən yaxşı azarkeş adına 3 namizədi açıqladı[/b]
09.12.2016 - 20:30
[b]FİFA ən yaxşı azarkeş adına 3 namizədi açıqladı[/b]

FİFA ən yaxşı azarkeş qrupu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qalib adını qazanmaq üçün 3 komandanın fanatları onlayn mübarizə aparacaqlar.

 

Ali futbol qurumunun birinci namizədi Hollandiyanın “Den Haaq” klubunun azarkeşləridir. Onlar öz aralarında pul toplamış, Roterdamın “Sofia” uşaq evinin kiçik sakinləri üçün oyuncaqlar almış və bu oyuncaqları “Feyenord”la oyunda öz sahiblərinə təqdim etmişdilər.

 

İkinci namizəd isə “Liverpul” və “Borussiya” azarkeşləridir. Hər iki komandanın fanatları birlikdə məşhur “You`ll never walk alone” mahnısını səsləndiriblər.

 

Mükafata üçüncü namizəd isə AÇ-2016-da “Hu!” şüarı ilə populyarlaşan İslandiya millisinin tərəfdarları göstərilib.

 

Qeyd edək ki, seçimlər internet üzərindən FİFA-nın rəsmi saytında aparılacaq.

0