“Çelsi” Premyer Liqada mükafat qoymadı - FOTO
09.12.2016 - 20:54
“Çelsi” Premyer Liqada mükafat qoymadı - FOTO

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşılarının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, hər 3 nominasiyada qalib “Çelsi”nin üzvləri olub.

 

Belə ki, noyabr ayının ən yaxşı baş məşqçisi London klubunun italiyalı çalışdırıcısı Antonio Konte seçilib.

 

Ayın ən yaxşı oyunçusu isə “zadəganlar”ın ispaniyalı hücumçusu Dieqo Kosta olub.

 

Maraqlıdı ki, geridə qoyduğumuz ayın ən yaxşı qolunun müəllifi də “Çelsi”li ispan hücumçudur. Pedro Rodirgezin “Tottenhem”ə vurduğu qol azarkeşlərin rəğbətini qazanıb.

 

Qeyd edək ki, hazırda turnir cədvəlində lider olan paytaxt klubu ötən ay keçirdiyi 3 oyunun hamısında qalib gəlib və 8 qol vurub.

0