[b]“Azərbaycan millisinin gücünə bələdik” – macarıstanlı məşqçi[/b]
10.12.2016 - 12:01
[b]“Azərbaycan millisinin gücünə bələdik” – macarıstanlı məşqçi[/b]

“Qrupumuzda top-komandalar yer almayıb. Fikrimcə, münasib rəqiblərlə düşmüşük və hər biri ilə oynaya bilərik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Macarıstanın millisinin məşqçisi Jokay Zoltan deyib.

 

O, ölkəsinin mətbuatına Bakı və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatından danışıb. Mütəxəssis yer aldıqları A qrupunda şanslarını da dəyərləndirib: “Polşa yığması ilə qarşılaşmışıq. Lakin həmin vaxt tam heyətlə oynamamışdıq. Meydanda bütün voleybolçularımız olacağı halda, yaxşı nəticəyə ümid etmək olar. Azərbaycan millisi ilə də qarşılaşmışıq və gücünə bələdik. Amma onlar evdə oynayacaqlarından bir qədər üstündülər. Qrupumuzda aşkar lider isə Almaniyadı. Onlarla oyundan da çəkinmirik. Bu rəqibə qarşı da ən yaxşı oyunumuzu göstərib, nəticəyə təsir etməyimiz mümkündü. Amma bütün hər şeyə gələn il aydınlıq gələcək”.

0