[b]Milli üzvü komandasına kömək edə bilmədi[/b]
10.12.2016 - 19:50
[b]Milli üzvü komandasına kömək edə bilmədi[/b]

Almaniya II Bundesliqasında XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” də növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” səfərdə “Kayzerslautern”lə qarşılaşıblar. Görüş başladığı kimi də qolsuz bərabərliklə yekunlaşıb.

 

Nazarov ehtiyatda başladığı oyuna 78-ci dəqiqədə daxil olub.

 

Qeyd edək ki, 16 oyundan sonra aktivində 12 xal olan “Aue” sondan ikinci – 17-ci pillədə qərarlaşıb. 

0