FİFA rəhbərliyindən qəribə istək: Qrup mərhələsində penalti vuruşları olsun
10.12.2016 - 22:34
FİFA rəhbərliyindən qəribə istək: Qrup mərhələsində penalti vuruşları olsun

FIFA DÇ-2026-nın final mərhələsində bəzi dəyişikliklər etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu mudialın əsas mərhələsində komandaların sayını 48-ə çatdırmaq istəyir.

 

Belə ki, plana görə ölkələr hərəsində 3 komanda olmaqla 16 qrupda mübarizə aparacaqlar. Növbəti mərhələyə yalnız liderlər yüksələcək.

 

Ancaq FİFA rəhbərliyinin yeni iddiaları bununla yekunlaşmır. Belə ki, Cianni İnfantino hətta qrup mərhələsində belə heç-heçə bitən oyunlardan sonra penalti vuruşlarının tətbiq olunmasını istəyir. Buna səbəb isə əgər bərabərlik hər iki komandaya sərf edirsə, rəqiblərin bir-biriləri ilə qarşılıqlı anlaşmaya getmək ehtimalının ortadan qaldırılmasıdır.

0