[b]Penaltilərin qənimi[/b]
10.12.2016 - 22:56
[b]Penaltilərin qənimi[/b]

“Valensiya”nın qapıçısı Dieqo Alves rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, braziliyalı qapıçı La Liqanın XV turunda “Real Sosyedad”la oyunda penaltini qaytararaq Primerada qapısına təyin olunmuş 43 “11 metrlik” zərbədən 20-cisində qola icazə verməyib.

 

Bununla da o, özünə məxsus rekordu yeniləyib.

 

Qeyd edək ki, 31 yaşlı qapıçı hələ sentyabrda Andoni Subizarettaya məxsus 102 penaltidən 16-nı qaytarmaq rekordunu qırmışdı.

0