[b]Həmyerlimiz “fərqləndi”, komandası uduzdu[/b]
11.12.2016 - 00:12
[b]Həmyerlimiz “fərqləndi”, komandası uduzdu[/b]

Portuqaliya Sequndasında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun üzvü olduğu “Sportinq B” evdə “Portu”nun B komandasıyla qarşılaşıb.

 

Budağın start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 2:1 hesabıyla qonaqların qələbəsiylə nəticələnib.

 

Həmyerlimiz görüşün 82-ci dəqiqəsində “fərqlənməyə” də imkan tapıb. O, sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, 18 oyundan sonra aktivində 24 xal olan “Sportinq B” 9-cu pillədə qərarlaşıb.

0