[b]Kseniya Poznyakın debütünə yenə icazə verilmədi[/b]
12.12.2016 - 10:25
[b]Kseniya Poznyakın debütünə yenə icazə verilmədi[/b]

Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, IX tur çərçivəsində Azərbaycan millisinin üzvü Kseniya Poznyakın şərəfini qoruduğu “Beşiktaş” “Sarıyer Bld” klubunun qonağı olub.

 

Qarşılaşma “ağ-qaralar”ın asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:22, 27:25, 25:23). Lakin müəyyən müddətdi İstanbul klubu ilə müqavilə bağlayan Kseniya yenə komandasına kömək edə bilməyib. “Beşiktaş”ın CEV-lə problemi olduğundan Poznyak adı heç iştirak ərizəsinə də salınmayıb.

 

Qeyd edək ki, aktivində 14 xalı olan “Beşiktaş” turnir cədvəlində 7-ci pillədədi. 

0