[b]Yığmamızın kapitanı darmadağına üzüldü[/b] - FOTO
12.12.2016 - 10:47
[b]Yığmamızın kapitanı darmadağına üzüldü[/b] - FOTO

Qadın voleybolçular arasında İtaliya A seriyasında XI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Modena”nı qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. Rəqib “quru hesablı” qələbəyə sevinib – 3:0 (25:23, 25:20, 25:20). Yığmamızın kapitanı görüşdə 7 xal toplayıb.

 

Bu məğlubiyyət “Firenze”nin turnir cədvəlindəki mövqeyinə də təsir edib. Komanda 2 rəqibini özündən irəli buraxmaqla, 9-cu yerə enib.

 

Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Montikyari” ilə qarşılaşacaq.

 

0