[b]Güləşçimiz Azərbaycanı “qara onluğ”a saldı[/b]
12.12.2016 - 14:56
[b]Güləşçimiz Azərbaycanı “qara onluğ”a saldı[/b]

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2016-cı ildə Olimpiya medalından mərhum etdiyi ölkələrin tam siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, müsbət nəticə verən 98 təkrar dopinq testi 49 mükafatın sahibini dəyişib.

 

Bu idmançılar ümumilikdə 10 ölkəni təmsil edir ki, bunlardan 8-i postsovet məkanı ölkələridi. Dopinq testin 49 qurbanından 47-si də məhz sabiq SSRİ-nin idmançılarıdı.

 

Ölkələr arasında ən çox medal itirən şimal qonşularımızın 19 atleti “fəxri kürsü”dən endirilib. Qazaxıstan 9, Belarus 7 və Ukrayna 6 medalla ən çox zərərçəkənlər sırasındadı. Ermənistanla Moldova hərəyə 2 mükafatını əldən verməli olub. Digər 4 ölkə Azərbaycan, Türkiyə, Kuba və Özbəkistan cəmi 1 medalı təhvil veriblər.

 

Qeyd edək ki, bu medallar Pekin və London Olimpiadalarında qazanılmışdı. Yığmamızın heyətində isə Olimpiya mükafatını təhvil verən güləşçi Vitali Rəhimovdu. O, 2008-ci ildə finalda uduzaraq, gümüş medalla təltif edilmişdi.

 

0