[b]Millimizə qızıl medallar təqdim edildi[/b]
13.12.2016 - 20:00
[b]Millimizə qızıl medallar təqdim edildi[/b]

Bakıda keçirilən taekvondo üzrə komandalararası dünya çempionatının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, kişi və qadın, həmçinin qarışıq komandalar medallarına qovuşublar.

 

Kişi yığmalara medalları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov təqdim edib. Qadınları Ümumdünya Taekvondo Federasiyasının (WTF) rəhbəri Çunqvon Ço, qarışıq komandaları isə WTF-nın İdarə Heyətinin üzvü Mətin Şahin mükafatlandırıb.

 

Qeyd edək ki, kişilərin yarışında çempion adı Azərbaycan yığmasına qismət olub. Millimiz finalda Cənubi Koreyanı məğlub edib. Bürünc medallara isə Türkiyə və Belçika komandaları yiyələniblər.

 

Cənubi Koreyanın qadınlardan ibarət komandası da qızılın bir addımlığında büdrəyib. Onlar Çinə uduzublar. Xanım taekvandoçuların mübarizəsində üçüncülüyü Türkiyə və Rusiya qazanıb.

 

Qarışıq komandaların yarışında isə Cənubi Koreya ən güclü olub. Koreyalılar finalda Rusiyanı məğlub ediblər. Bürünc medalçılar isə Belçika və ABŞ milliləri olub.

0