[b]“Telekom” hörmət etdiyimiz komandadı” - FOTO[/b]
14.12.2016 - 10:15
[b]“Telekom” hörmət etdiyimiz komandadı” - FOTO[/b]

“Çempionlar Liqasında debüt ilində 3-cü yeri tutdum. İkinci ildə gümüş medalla kifayətləndim. Bu ardıcıllıqla üçüncü ildə niyə də çempion olmayım? Bunun üçün çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Konegliano” klubunun voleybolçusu Robin de Kryoyf deyib.

 

25 yaşlı hollandiyalı blokçu Çempionlar Liqasının startı ərəfəsində fikirlərini açıqlayıb. İlk matçda Bakı “Telekom”u ilə qarşılaşacaq Kryoyf bildirib ki, rəqibə hörmətlə yanaşsalar da, əsas hədəfləri qalib gəlməkdi: “Bu yarış Avropa klubları üçün ən çətin sınaqdı. Hətta klub səviyyəli yarışlar arasında dünyanın ən yaxşısıdı. Burda ulduz voleybolçu ilə qarşılaşmalı olursan. Lakin bizim komanda güclüdü. Oyundan-oyuna inkişaf edir, kubokda uğurlu startı gözləyirik. Bütün turniri yüksək səviyyədə keçirməyin çətin olduğunu başa düşürük. Amma komandamız istənilən rəqiblə başabaş oynamaq gücündədi. Heyətimizdə təcrübəli voleybolçularla yanaşı, gənc, lakin perspektivli oyunçular da var. Bu, onlar üçün təcrübə olacaq. İlk rəqibimiz “Telekom” olacaq. Bu matça çox yaxşı hazırlaşmışıq. Rəqibimiz ənənələrə malik, hörmət etdiyimiz bir komandadı”.

 

Qeyd edək ki, A seriyasının qalibi olan “Konegliano” Super Liqanın vitse-çempionu ilə bu gün qarşılaşacaq. 

0