[b]Sevginiz elə bu qədərmiş...[/b]
14.12.2016 - 15:18
[b]Sevginiz elə bu qədərmiş...[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova sevgilisindən ayrılıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı dünya çempionu yığmamızın sabiq üzvü İvan Stoitsovla münasibətlərinə son qoyub.

 

Ağırlıqqaldıranların bu günlərdə özlərinə toy etməsi gözlənilsə də, onlar hamını təəccübləndirən qərara imza atıblar. Belə ki, idmançılar nəinki bir-birindən ayrılıblar, hətta özlərinə yeni sevgili də tapıblar.  

 

Keçmiş cütlük sanki bir-birinin bəhsinə yeni sevgililəri ilə şəkilləri də sosial şəbəkələrdə paylaşmaqdan həzz alır. Həmçinin, hər 2 bolqarıstanlı özlərinin birgə şəkillərini də profillərindən yığışdırıblar.

 

Qeyd edək ki, Stoitsov karyerasını bitirsə də, Kostova hələlik yığmamızın üzvüdü. Lakin dopinq qalmaqalı səbəbindən Azərbaycanda az olur. 

0