[b]“Telekom”un kapitanı hamını üstələdi - FOTO[/b]
15.12.2016 - 09:40
[b]“Telekom”un kapitanı hamını üstələdi - FOTO[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Konegliano” (İtaliya) - “Telekom” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Trevizo təmsilçisinin 3:0 hesabı ilə qələbə qazandığı görüşün ən dəyərli oyunçusu Samanta Brisio seçilib.

 

Rəqibimizin meksikalı legioneri komandasına 16 xal qazandırıb. Brisio eysdə də fərqlənib. Onun 2 dəfə topu oyuna daxil etməsi qarşısıalınmaz olub.

 

Ən yaxşı hücumçu nominasiyasında isə “Telekom”un katitanı Yelizaveta Səmədova hamını qabaqlayıb. Brisio ilə eyni xal toplayan təmsilçimiz 14 zərbəsini xalla tamamlayıb. Səmədova top qəbulunda da ən yaxşı adını qazanıb.

 

“Telekom”un digər voleybolçusu Olena Həsənova isə blokda daha inamlı təsir bağışlayıb. Millimizin də şərəfini qoruyan oyunçu rəqibin 7 hücumunun qarşısını kəsib.

 

Zoran Qayiçin digər yetirmələrinə gəlincə, Marqarita Əzizova 10, Yovana Vesoviç 9, Aleksandra Petroviç 6, Sladyana Mirkoviç 2 və Qabriela Koyeva 1 xal toplayıb.

0