[b]“İstirahət etməyə vaxt olmadı, dərhal məşqlərə başladıq” – Radik İsayev[/b]
15.12.2016 - 16:51
[b]“İstirahət etməyə vaxt olmadı, dərhal məşqlərə başladıq” – Radik İsayev[/b]

 “İstirahət etməyə vaxt olmadı, dərhal məşqlərə başladıq”. Apasport.az saytının məlumatına görə, bunu taekvondo üzrə Olimpiya çempionumuz Radik İsayev deyib.

 

Dünya və Avropa çempionu komandalararası dünya çempionatında Azərbaycan yığmasının çempion olması ilə bağlı keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

 

O, mundialdan öncə paytaxtımızda keçirilən Qran-prinin ilk döyüşündə məğlub olmasını belə əsaslandırıb: “Olimpiadadan sonra zədəli idim. Həkimim sağ olsun ki, məni yarışa hazırladı. Qran-pridə birinci döyüşdə uduzsam da, 2 günlük istirahət mənə kömək etdi ki, formamı bərpa edib dünya çempionatında uğurlu çıxış edim. Qran-pridə nə çatışmadığın deyə bilmərəm. Bunu analiz edəcəm”.

0