“Bayram günü yalnız həyat yoldaşıma hədiyyələr edəcəm” - Mariya Filipova
22.12.2016 - 11:20
“Bayram günü yalnız həyat yoldaşıma hədiyyələr edəcəm” - Mariya Filipova

“Telekom”un voleybolçuları Mariya Filipova və Qabriela Koyeva Milad bayramını Bakıda qeyd etmək niyyətindədirlər. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin sabiq liberosu açıqlayıb.

 

Filipova bildirib ki, dekabrın 24-də komandanın 2 məşqi nəzərdə tutulsa da, bayram keçirmək üçün bacarıqlarını ortaya qoyacaqlar. Libero bayram süfrəsini isə özləri hazırlayacaqlarını vurğulayıb: “Süfrədəki yeməkləri özüm hazırlayacam. Çörəyi isə Qabriela bişirəcək. Bayram süfrəmizdə komandamızın baş məşqçisi olan əfsanəvi Zoran Qayiç də iştirak edəcək. Onunla yanaşı, klubumuzun digər çalışdırıcıları da qonağımız olacaq”.

 

Filipova yeni il bayramı ilə bağlı hələlik hansısa qərar vermədiyini açıqlayıb: “Yeni ildə isə bütün komanda ilə şəhərdə bir araya gələcəyik. Amma biz həmin vaxtı orda iştirak edib-etməyəcəyimizi dəqiqləşdirməmişik. Milad isə Azərbaycanda rəsmi bayram deyil. Hətta qonşu Rusiyada bunu yanvarın 7-də qeyd edirlər. Amma onlarda da bizim kimi təntənəli təşkil olunmur. Bayram günü yalnız həyat yoldaşıma hədiyyələr edəcəm”. 

0