[b]Liderin istirahət edəcəyi turun təqvimi açıqlandı[/b]
22.12.2016 - 18:33
[b]Liderin istirahət edəcəyi turun təqvimi açıqlandı[/b]

Basketbol üzrə Azərbaycan çempionatının VII turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşıdakı turun görüşləri dekabrın 24-də keçiriləcək.

 

Hövsan Olimpiya İdman Kompleksindəki ilk matçda AzDNSU və “80-lər” üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq.

 

Saat 13:30-da isə "Araz"la "NTD U16" görüşəcək. Günün son qarşılaşmasında "Marşallar" və "NTD" BK münasibətlərini aydınlaşdıracaq. Oyun saat 17:00-da start götürəcək. Yarışın lideri “Dərviş” isə bu turda istirahət edəcək.

 

Qeyd edək ki, VI turda "Dərviş" "NTD U16"nı 96:58, "NTD" BK AzDNSU-nu 112:74, "Marşallar" isə "Araz"ı 80:64 hesabı ilə məğlub edib.

 

"Dərviş"

6

6

0

524-375

12

"Marşallar"

5

3

2

346-366

8

"NTD" BK

4

3

1

376-275

7

AzDNSU

5

2

3

357-408

7

"80-lər"

4

2

2

291-271

6

"Araz"

5

0

5

286-407

5

 "NTD U16"

3

0

3

159-236

3

 

0