SİZİN REKLAM BURADA

Azərbaycan prezidenti: Hər ölkə “Formula-1”i keçirmək məsuliyyətini üzərinə götürə bilmir

“Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti var: “Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxıblar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görüb. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk. Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir”.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

14

10

2

2

26-6

32

2.

Qəbələ

14

9

4

1

30-7

31

3.

İnter

14

6

7

1

21-12

25

4.

Sumqayıt

14

4

5

5

13-18

17

5.

Zirə

14

4

3

7

11-15

15

6.

Kəpəz

14

3

6

5

10-13

15

7.

Neftçi

14

3

0

11

9-30

9

8.

 AZAL

14

1

5

8

6-25

8

               

 

Top 10