SİZİN REKLAM BURADA

“Telekom”un oyunçularının böyük perspektivi var” – Zoran Qayiç

“Cari mövsümdə heyətimizdə gənc voleybolçuların sayı çoxdu. Lakin biz perspektivli idmançılara tam etibar göstərə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Serbiyalı mütəxəssis 2016/2017 mövsümü ilə bağlı fikirləri açıqlayıb. Azərbaycan Super Liqasının potensial lideri olan “rabitəçilər” Çempionlar Liqasında da özlərini yaxşı tərəfdən göstərmək arzusundadılar.

 

Qayiç bildirib ki, gənclərlə işləmək Azərbaycan yığmasını gücləndirməyə də hesablanıb: “Gənclərlə yanaşı, bir neçə təcrübəli voleybolçunun heyətdə olması komandanı müəyyən dərəcədə gücləndirir. Əsas məqsədimiz gənc oyunçuları hazırlayıb, yüksək səviyyəyə çatdırmaq və onların Çempionlar Liqası kimi turnirdə təcrübə qazanmasıdı. Təmsilçilərimizin Azərbaycan millisinə faydalı olması üçün çalışırıq”.

 

Qayiç Çempionlar Liqasının A qrupunda qitənin öncülləri ilə oynayacaqlarını və bacardıqca özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarını da vurğulayıb: “Rəqiblərimiz çox güclü komandalardı. 2 çox güclü İtaliya təmsilçisi - “Konegliano” və “Modena”, həmçinin Polşa “Ximik”i elə klublardı ki, qadın voleybolundan söz düşəndə onlar ön sıralarda yer alır. İlk səfər matçımız göstərdi ki, “Telekom”un oyunçularının böyük perspektivi var. Çünki İtaliyada “Konegliano” ilə oyunun ilk setində 18:12 hesabı ilə önə çıxmışdıq. Lakin təcrübənin azlığı hissəni qələbə ilə başa vurmağımıza mane oldu. Nəticədə rəqib 3 setdə qalib gəldi”.

 

Az öncə Serbiya Voleybol Federasiyasının prezidenti seçilən çalışdırıcı Çempionlar Liqasının bu mövsümündən gözləntilərini də açıqlayıb: “Yaxşı oyun nümayiş etdirmək və mümkün qədər yaxşı nəticə qazanmağı hədəfləmişik”.

 

Qeyd edək ki, “Telekom” ikinci turda Bakıda “Ximik”i qəbul edəcək. Matç yanvarın 10-da olacaq.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220