[b]“İdmançılarımız yeni rekorda imza atıblar” – Çingiz Hüseynov[/b]
26.12.2016 - 20:45
[b]“İdmançılarımız yeni rekorda imza atıblar” – Çingiz Hüseynov[/b]

“2016-cı il bizim üçün uğurlu oldu. Bunu cənab prezident də çıxışında qeyd etdi. Allaha şükürlər olsun ki, Azərbaycan Rio Olimpiadasından da üzüağ çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

2016-cı ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən komitə rəsmisi başa çatmaqda olan ili dəyərləndirib: “İdmançılarımız bu il 18 medal qazanmaqla yeni rekord müəyyənləşdirdilər. Bir arzumu çatdırmaq istəyirəm. Gələn il İslam Oyunlarına ev sahibliyi edəcəyik və burda islam ölkələri arasında ən güclü olduğumuzu sübut edək. 2018-ci ildə Yeniyetmələrin Avropa Festivalı keçiriləcək. Ümid edirəm ki, idmançılarımız burda da özlərini doğruldacaqlar. Azərbaycan idmançılarının Tokio-2020-də də uğurlu çıxışına da ümid edirik. İnanırıq ki, böyük uğurlar qazanacaqlar”.

 

Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanmışdı. Bu mükafatlardan 297-si (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya növlərində əldə edilmişdi.

0