[b]Namiq Ələsgərov və Georgi Navalovski seçimlərini etdilər[/b]
27.12.2016 - 12:34
[b]Namiq Ələsgərov və Georgi Navalovski seçimlərini etdilər[/b]

“Neftçi”nin yeni futbolçuları Namiq Ələsgərov və Georgi Navalovski ilk seçimlərini ediblər. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Hər iki transferi rəsmən təsdiqləyən “ağ-qaralar”ın yeni üzvlərinin hansı nömrəli formanı geyinəcəyi bəlli olub.

 

Ələsgərov “9”, Navalovski isə “29”u seçib.

 

Qeyd edək ki, Ələsgərov “Neftçi”yə “Qarabağ”dan, Navalovski isə Yunanıstanın “Veria” klubundan keçib. 

0