[b]“Neftçi”də növbəti ayrılıq: Yüksək liqaya keçdi[/b]
27.12.2016 - 14:44
[b]“Neftçi”də növbəti ayrılıq: Yüksək liqaya keçdi[/b]

“Elşən Abdullayevdən sonra Jonas Pesalli ilə də yollarımızı ayırdıq. Bu, futbolçunun şəxsi xahişi əsasında oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev deyib.

 

Qış fasiləsinə 7-ci pillədə yollanan “Neftçi” Elşən Abdullayevin ardınca Jonas Pesalli ilə də vidalaşıb.

 

Abdullayevin sözlərinə görə, Pesallinin gedişinə səbəb karyerasında ölkəsində davam etdirmək istəyi olub: “Əslində, onunla yeni müqaviləni razılaşdırmışdıq. Bilirsiz ki, futbolçunun anlaşma müddəti başa çatmışdı. Lakin srağagün özü şəxsən kluba müraciət etdi və Braziliyaya qayıtmaq istədiyini bildirdi. Ölkəsinin yüksək liqa klubundan təklif aldığını bildirdi. Pesalli, həmçinin onu da qeyd etdi ki, Braziliyada oynamaq onun ən böyük arzusudu. Biz də futbolçunun istəyinə hörmətlə yanaşdıq. Pesalli burda olduğu müddətdə komandaya xeyri dəydi”.

 

Qeyd edək ki, Pesalli Topaz Premyer Liqasının cari mövsümündə meydana çıxdığı 7 oyunda 1 qola imza atıb.  

0