[b]Kim gəldi, kim getdi?[/b] - YENİLƏNİB
01.02.2017 - 15:40
[b]Kim gəldi, kim getdi?[/b] - YENİLƏNİB

Azərbaycanda qış “transfer pəncərəsi” artıq bağlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında iştirak edən klublar transfer fəaliyyətlərini yekunlaşdırıblar.

 

O qədər də hərəkətli keçməyən qış fasiləsinin ən fəal komandası “Neftçi” olub. 8 oyunçu ilə vidalaşan bakılılar eyni sayda transfer həyata keçiriblər.

 

Klublar bir ay ərzində ümumilikdə 16 əcnəbi futbolçunu ölkəmizə gətiriblər.

 

Milli komandamızın futbolçuları Ağabala Ramazanov, Araz Abdullayev, Namiq Ələsgərov, Ruslan Abışov və Emil Balayev də bu qış iş yerlərini dəyişiblər. “Sumqayıt”dan ayrılan yığmamızın sabiq üzvü Vaqif Cavadov isə hələ də klubsuzdu.

 

Komandalar bundan sonra yalnız azad agent statusuna malik oyunçuları heyətlərinə qata bilərlər.

 

Klubların yekun qış transferləri bunlardı:

 

 

“Qarabağ”

Gələnlər: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov ("İnter")

Gedənlər: Namiq Ələsgərov (“Neftçi”), Emil Balayev ("Sabail", icarəyə), Reynaldo ("Adanaspor", Türkiyə)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Qəbələ”

Gələnlər: Araz Abdullayev ("Neftçi"), Daniel Subotiç (“Şerif”, Moldova), Rasim Ramaldanov (“Kolxeti”, Gürcüstan)

Gedənlər: Sadiq Quliyev ("Zirə"), Petar Franyiç ("Domjale", Sloveniya), Ehtiram Şahverdiyev ("Sumqayıt"), Bəhlul Mustafazadə ("Sumqayıt": icarəyə)

Müqavilə müddətini artıran: Dmitri Bezotosnı, Vojislav Stankoviç

 

“İnter”

Gələn: Yoxdu

Gedənlər: Ağabala Ramazanov ("Qarabağ"), Ruslan Abışov ("Neftçi")

Müqavilə müddətini artıran: Yoxdu

 

“Sumqayıt”

Gələnlər: Sergey Çernışev (“Drujba”, Rusiya), Fərhad Qıstarov (OİK, Rusiya), Ehtiram Şahverdiyev ("Qəbələ"), Bəhlul Mustafazadə ("Qəbələ": icarəyə)

Gedənlər: Vaqif Cavadov (AZAL), Amit Quluzadə (AEL, Yunanıstan), Afşin İsmailzadə, İbrahim Abednejad

Müqavilə müddətini artıran: Yoxdu

 

“Zirə”

Gələnlər: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev ("Qəbələ"), Akim Latifu ("Alanyaspor", Türkiyə), Ben Sanqare ("Sedan", Fransa), Riçard Qadze (“Delhi Dinamos”, Hindistan), Giorgi Qoroziya ("Stabek", Norveç)

Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev, İsa Cəbiyev (hər ikisi “Şəmkir”), Gerhard Proqni, Yasin Həmid

Müqavilə müddətini artıran: Yoxdu

 

 “Kəpəz”

Gələn: Sahib Abbasov ("Şəmkir")

Gedən: Yoxdu

Müqavilə müddətini artıran: Yoxdu

 

“Neftçi”

Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Errera (“İrtış”, Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışov ("İnter"), Uqo Barqas ("Bolivar", Boliviya), Daniel Seqoviya ("Sankt-Pyolten", Avstriya)

Gedənlər: Eltun Yaqublu, Orxan Qurbanlı (hər ikisi “Səbail”: icarəyə), Elşən Abdullayev (“Qarabağ”), Araz Abdullayev ("Qəbələ"), Jonas Pessalli (“Parana”, Braziliya), Denilson Pereyra (“Qranada”, İspaniya: icarədən qayıdıb), Dario Melnyak (“Lokeren”, Belçika: icarədən qayıdıb), Katalin Tira ("Dunarea Kalaraşi", Rumıniya), Krşevan Santini, Vançe Şikov

Müqavilə müddətini artıran: Boban Baykoviç

 

AZAL

Gələnlər: Omeqa Roberts (“Domje Srem”, Serbiya), Tərlan Qasımzadə (“Mil-Muğan”), Arkadi Qalperin (“TSK Tavriya”, Rusiya), Frank Oliver Madu ("Sent-Jenevyev", Fransa), Vaqif Cavadov ("Sumqayıt"), Bəxtiyar Soltanov ("Qaradağ Lökbatan"), Baba Qullit, Mehdi Tauil

Gedənlər: Mirzağa Hüseynpur, Taqim Novruzov, Qvanzav Maqomedov (hamısı "Səbail"), Ruslan Nəsirli (MOİK), Brayan Fok (“Şanxay Şenxua”, Çin: icarədən qayıdıb), Adan Koronado, David Canelidze, Fərhad Budaqov, Mahsun Qəmbərli, Rəşad Əzizli, Hossain Qolamit

Müqavilə müddətini artıran: Yoxdu

 

 

Qeyd: UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, “bankirlər” heyətlərinə yeni oyunçu cəlb edə bilməyiblər.

 

0