[b]Yığmamız beynəlxalq turnirdə Almaniya ilə oynayacaq[/b]
28.12.2016 - 14:18
[b]Yığmamız beynəlxalq turnirdə Almaniya ilə oynayacaq[/b]

Sabah Lüksemburqda kişi voleybolçular arasında beynəlxalq turnirdə start götürəcək. Apasport.az saytının məlumatına görə, yeni illə bağlı 4 gün davam edəcək yarışda ibarət Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Turnirdə Fərid Cəlalovun rəhbərlik etdiyi komanda qitənin aparıcı yığmalarından olan Almaniya, həmçinin İslandiya və Lüksemburqla da gücünü yoxlayacaq. İlk oyun günündə istirahət edəcək voleybolçularımız Həmrəylik Gününü və Yeni ili də səfərdə keçirəcək.

 

Turnirin təqvimi belədi:

 

29 dekabr

18:00. Almaniya – İslandiya

 

30 dekabr

13:00. Azərbaycan – İslandiya

20:30. Lüksemburq – Almaniya

 

31 dekabr

15:00. Lüksemburq – Azərbaycan

 

1 yanvar

12:00. Azərbaycan - Almaniya

17:00. Lüksemburq – İslandiya

 

Qeyd edək ki, yığmamız artıq Lüksemburqdadi.

0