[b]Super qış transferləri[/b]
28.12.2016 - 15:42
[b]Super qış transferləri[/b]

Avropanın bir çox ölkəsində qış fasiləsi yaranıb və futbolçular istirahətə buraxılıblar. Apasport.az saytının məlumatına görə, oyunçulardan fərqli olaraq, komanda rəhbərliyinin əsas işi məhz bundan sonra başlayır. Belə ki, klublar baş məşqçilərin təqdim etdiyi siyahıya əsasən transfer faliyyətinə başlayırlar.

 

Qış fasiləsi zamanı ulduz transferi gerçəkləşdirmək nadir hallarda mümkün olur. Bu da futbolçuların əsasən klubları ilə mövsümün sonuna qədər müqavilə imzalamalarından və adaptasiya dönəmini nəzərə alaraq, transfer məsələsini yay fasiləsinə saxlamalarından qaynaqlanır.

 

Tək-tük hallarda qış fasiləsində baş tutan keçid böyük müzakirə mövzusu olur. Biz də 2000-ci illərin dövrələrarası fasilələrində gerçəkləşən 10 yaddaqalan transferi sadalayacağıq.

 

Edqar Davids: 2004-cü ildə “Yuventus”dan “Barselona”ya

Patris Evra: 2006-cı ildə “Monako”dan “Mançester Yunayted”ə

Nemanya Vidiç: 2006-cı ildə Moskva “Spartak”ından “Mançester Yunayted”ə

Aritz Aduriz: 2006-cı ildə “Valyadolid”dən “Atletik”ə

Xavyer Maskerano: 2007-ci ildə “Vest Hem”dən “Liverpul”a

Qonzalo İquain: 2007-ci ildə “River Pleyt”dən “Real”a

Marselo: 2007-ci ildə “Fluminense”dən “Real”a

Branislav İvanoviç: 2008-ci ildə Moskva “Lokomotiv”indən “Çelsi”yə

Luis Suares: 2011-ci ildə “Ayaks”dan “Liverpul”a

İvan Rakitiç: 2011-ci ildə “Şalke”dən “Sevilya”ya

0