[b]Yığmamız Lüksemburqla heç-heçə oynadı[/b]
28.12.2016 - 16:24
[b]Yığmamız Lüksemburqla heç-heçə oynadı[/b]

Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, komandamız ev sahibləri ilə gücünü yoxlayıb.

 

Qarşılaşma heç-heçə başa çatıb. Voleybolçularımız 2 dəfə önə keçsə də, yekunda qalib müəyyənləşməyib - 2:2 (25:21; 20:25; 25:17; 21:25).

 

Qeyd edək ki, yığmamız Lüksemburqda beynəlxalq turnirdə qüvvəsini sınayacaq. İslandiya, Almaniya və ev sahiblərinin də iştirak edəcəyi yarış sabah başlayacaq.

0