[b]Qadın voleybolçularımız titullarını qoruya bilməyəcəklər, kişilər üçün “yaşıl işıq”[/b]
30.12.2016 - 16:11
[b]Qadın voleybolçularımız titullarını qoruya bilməyəcəklər, kişilər üçün “yaşıl işıq”[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2017-ci ildə titulunu qoruya bilməyəcəyi dəqiqləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Faiq Qarayevin yetirmələrinin iştirak edəcəkləri yarışlar çox olduğundan bu il qalibi olduqları Avropa Liqasına qatılmayacaqlar.

 

Qurum əvəzində kişi voleybolçular üçün “yaşıl işıq” yandırıb. Komandamız 1 illik fasilədən sonra yenidən Avropa Liqasında qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, qadınlardan ibarət yığmamız 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatının seçmə mərhələsində və Avropa çempionatında gücünü yoxlayacaq.

0