Lixtenşteynli hakim Bakıya gəlir
02.01.2017 - 16:39
Lixtenşteynli hakim Bakıya gəlir

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Telekom”un II turdakı oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 10-da keçiriləcək Polşa “Xemik”i ilə qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib.

 

Matçın 1-ci hakimi Lixtenşteyn təmsilçisi Filip Şurmann olacaq. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi kömək edəcək.

 

Qeyd edək ki, “Sərhədçi” İdman olimpiya Mərkəzindəki görüş saat 17:00-da başlayacaq.

0