[b]Azərbaycan çempionunun oyununun hakimləri bəlli oldu[/b]
02.01.2017 - 17:41
[b]Azərbaycan çempionunun oyununun hakimləri bəlli oldu[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in II turdakı oyununa hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 11-da keçiriləcək Türkiyə “Fənərbaxça”sı ilə səfər qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib.

 

Matçın 1-ci hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionunun Burhan Fələk Voleybol Salonunda keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

0