[b]Rəqibimiz dövrəni lider kimi bitirdi[/b]
03.01.2017 - 10:12
[b]Rəqibimiz dövrəni lider kimi bitirdi[/b]

Qadın voleybolçular arasında Polşa Orlenliqasında I dövrə başa çatıb. Apasport.az saytının məlumatına görə, “Telekom”un Çempionlar Liqasındakı rəqibi “Ximik” XIII tur çərçivəsində “Atom”la üz-üzə gəlib.

 

Qarşılaşma Şetsin təmsilçisinin asan qələbəsi ilə başa çatıb. “Ximik” rəqibinə 1 set belə verməyib – 3:0 (25:13, 25:23, 25:15).

 

Bu qələbədən sonra “Ximik” turnir cədvəlində 1-ci pillədəki yerini möhkəmlədib. 13 turda məğlub olmayan rəqibimiz 37 xalla ən yaxın izləyicisi “Lodz”u 5 xal qabaqlayır.

 

Qeyd edək ki, “Ximik” “Telekom”la ilk matçına yanvarın 10-da Bakıda çıxacaq.

0