[b]Bakı klubunu bəyənməyən oyunçu A seriyasında[/b]
03.01.2017 - 10:37
[b]Bakı klubunu bəyənməyən oyunçu A seriyasında[/b]

İtaliyanın “Konegliano” voleybol klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Telekom”un rəqibi olan A seriyasının qalibi ABŞ millisinin hücumçusu Nikol Fausettlə anlaşıb.

 

Türkiyənin “Sarıyer” klubundan transfer olunan 31 yaşlı oyunçu mövsümün sonunadək müqavilə bağlayıb.

 

Qeyd edək ki, Fausett 2012/2013 mövsümündə Azərbaycanın “Lokomotiv” klubunun da hədəfinə düşmüşdü. Lakin həmin vaxt hücumçu Bakı təmsilçisinin irəli sürdüyü şərtlə razılaşmamışdı.

0