[b]Azərbaycanın ən güclülərinin döyüşəcəyi tarix açıqlandı[/b]
03.01.2017 - 12:21
[b]Azərbaycanın ən güclülərinin döyüşəcəyi tarix açıqlandı[/b]

Kişi boksçular arasında Azərbaycan çempionatının keçirilmə vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkənin ən güclüləri mübarizəyə yanvarın 26-da start verəcəklər.

 

5 gün davam edəcək yarışa bütün titullu boksçuların qoşulacaq. 10 çəki dərəcəsi üzrə keçiriləcək çempionatı yığmamızın baş məşqçisi olmağa yeganə namizəd Leonid Loivski də izləyəcək.

 

Qeyd edək ki, ukraynalı çalışdırıcı yanvarın 13-dən Bakıda olacaq.

0