[b]Türkiyə yığması italiyalıya tapşırıldı[/b]
03.01.2017 - 13:58
[b]Türkiyə yığması italiyalıya tapşırıldı[/b]

Qadın və kişi voleybolçulardan ibarət Türkiyə millilərinin yeni baş məşqçilərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın “sükanı arxasına” italiyalı və makedoniyalı keçib.

 

Belə ki, qadınlardan ibarət milli Covanni Quidettiyə həvalə edilib. “Vakıfbank”ı da çalışdıran italiyalı ən azı Tokio-2020-nin sonuna kimi burda işləyəcək. Kişilərdən ibarət əsas komanda isə Yasko Milenkoskiyə tapşırılıb. Makedoniyalı ilə də 4 illik razılıq əldə olub.

 

Hər 2 məşqçi bu gün rəsmən təqdim olunub.

0