[b]Polşa klubu Bakıya qələbə üçün gəlir - FOTO[/b]
05.01.2017 - 14:45
[b]Polşa klubu Bakıya qələbə üçün gəlir - FOTO[/b]

“İlk oyunda “Modena” kimi güclü rəqibə uduzduq. Belə komandaya məğlubiyyətə görə üzülməyə dəyməz. Həmin yenilgini unudub, qarşıdakı matçları düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun voleybolçusu Anna Verblinska deyib.

 

Təcrübəli oyunçu Çempionlar Liqasında “Telekom”la oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bakı təmsilçisi ilə qarşılaşmaya yüksək əhval-ruhiyyədə hazırlaşırlar və əsas hədəfləri səfərdən qələbə ilə qayıtmaqdı: “Rəqiblərimizdən hansının daha çətin olduğunu iddia etmək çətindi. Çempionlar Liqasında asan qrup və asan rəqib olmur. Qrupdan çıxmaq üçün rəqibin kimliyindən asılı olmayaraq qalib gəlməlisən. Hər oyunda, o cümlədən, qarşıdakı “Telekom”la matçda mübarizə aparmağa borcluyuq və bunu da edəcəyik. Hesab edirəm ki, qrupdan çıxmaq gücündəyik”.

 

Qeyd edək ki, “Telekom” – “Ximik” görüşü yanvarın 10-da olacaq. 

0