SİZİN REKLAM BURADA

Rövnəq Abdullayev: Gəlin, bu məsələyə məhkəmədən sonra qayıdaq

“Belə böyük bir tədbirin Bakıda keçirilməsinə razılıq verdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edirəm. 100 ölkədən 400-ə yaxın nümayəndə gəlib və bu, bütün dünyanı əhatə edən bir seminardı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.

 

Bu gün Bakıda cüdo hakimləri və məşqçiləri üçün təşkil edilən seminarın startından öncə brifinq keçirən federasiya prezidenti bundan məmnunluq duyduğunu söyləyib: “Çalışacağıq ki, qonaqlara Azərbaycanın və onun cüdosunun inkişafda olduğunu göstərək. Çox şadıq ki, cüdonun inkişafı yolunda böyük dəyişikliklər məhz ölkəmizdə baş verəcək. Bu da bizim üçün şərəfdi. Azərbaycanda artıq on minlərlə uşaq cüdo ilə məşğul olmağa başlayıb. Bu idman növü ölkəmizdə populyarlaşıb. Bu populyarlığın nəticəsidi ki, dünya böyükləri bura toplaşırlar. Gələn il ölkəmizdə keçiriləcək dünya çempionatının cüdonun inkişafına böyük təkan verəcəyinə inanıram”.

 

Abdullayev cüdo üzrə milli komandamızın baş məşqçisi məsələsinə də münasibət bildirib. O, Avstriyada məhkəməsi davam edən baş məşqçi Peter Zayzenbaherlə bağlı hələ qərar vermədiklərini söyləyib. Federasiya prezidenti məhkəmənin yekununu gözlədiklərini vurğulayıb: “Gəlin, bu məsələyə məhkəmə bitdikdən sonra qayıdaq. Hələlik nəsə deməyim doğru olmaz”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

14

10

2

2

26-6

32

2.

Qəbələ

14

9

4

1

30-7

31

3.

İnter

14

6

7

1

21-12

25

4.

Sumqayıt

14

4

5

5

13-18

17

5.

Zirə

14

4

3

7

11-15

15

6.

Kəpəz

14

3

6

5

10-13

15

7.

Neftçi

14

3

0

11

9-30

9

8.

 AZAL

14

1

5

8

6-25

8

               

 

Top 10