"Azərbaycan dövlətinə minnətdaram" - İJF prezidenti

“Başda Rövnəq Abdullayev olmaqla, Azərbaycan Cüdo Federasiyasının belə böyük seminarı təşkil etməsindən qürur hissi duyuram. Bütün dünyadan təxminən 100 ölkə bu tədbirdə iştirak edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer jurnalistlərə açıqlamasında deyib.

 

Heydər Əliyev adına İdman Konsert Kompleksində cüdo hakimləri və məşqçiləri üçün seminara start verilib. Seminarda iştirak edən Vizer keçirdiyi brifinqdə gələn il dünya çempionatının Bakıda baş tutacağını söyləyib.

 

O, cüdonun inkişafı üçün Azərbaycan tərəfinin əməyini xüsusi vurğulayıb: “Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadə və cəlbedici etmək üçün bu addımı atmışıq. Bunu daha dinamik idman növünə çevirmək istəyirik. Mən Azərbaycan dövlətinə, bizimlə birlikdə işlədiyi üçün SOCAR-a minnətdaram. Azərbaycanda və beynəlxalq cüdonun inkişafı üçün köməyinə görə, Rövnəq Abdullayevə şəxsən təşəkkür edirəm. Onu da əlavə edim ki, 2018-ci ildə dünya çempionatını Bakıda təşkil etməyi planlaşdırırıq”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220