[b]Elnur Məmmədovun hazırladığı “unikal” təqvim[/b]
06.01.2017 - 15:27
[b]Elnur Məmmədovun hazırladığı “unikal”  təqvim[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III dövrəsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışlar yanvarın 21-də start götürəcək.

 

Maraqlıdı ki, Azərbaycan Voleybol Federasiyasının yaydığı siyahıda təqvim turlarsız tərtib edilib. Bu isə yalnız səriştəsizlikdən irəli gələ bilər. Halbuki, bütün ölkələrdə təqvim mövsüm başlamamışdan hazırlanır.

 

Görünür, federasiyada yaradılan idman şöbəsi hələlik nə iş görəcəyini bilmir. Bu şöbənin rəhbəri isə “Neftçi”nin sabiq icraçı direktoru Elnur Məmmədovdu.

 

Azərbaycan Super Liqası

III dövrənin təqvimi

21 yanvar

 

16:00. “Telekom” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:30. “Azərreyl” – “Lokomotiv”

“Azərreyl” Voleybol Mərkəzi

 

3 fevral

16:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:00. “Azərreyl” – “Telekom”

“Azərreyl” Voleybol Mərkəzi

 

14 fevral

17:00. “Telekom” – “Lokomotiv”

“Gənclik” Olimpiya Kompleksi

 

17:00. “Azəryol” – “Azərreyl”

“Azərreyl” Voleybol Mərkəzi

0