[b]Gürcüstan yığmasının Azərbaycana gələcəyi tarix açıqlandı[/b]
06.01.2017 - 16:12
[b]Gürcüstan yığmasının Azərbaycana gələcəyi tarix açıqlandı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən Gürcüstan millisinin Bakıya növbəti səfərinin tarixi dəqiqləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, qonşu ölkə komandası yanvarın 28-dən paytaxtımızda olacaq.

 

Həmin gün “Lokomotiv”lə qarşılaşacaq gürcülər növbəti günlərdə digər 3 klubumuzla gücünü yoxlayacaq.

 

28 yanvar

17:00. Gürcüstan – “Lokomotiv”

“Azərreyl” Voleybol Mərkəzi

 

29 yanvar

17:00. Gürcüstan – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

30 yanvar

17:00. Gürcüstan – “Telekom”

“Gənclik” Olimpiya Kompleksi

 

31 yanvar

17:00. Gürcüstan – “Azərreyl”

“Azərreyl” Voleybol Mərkəzi

 

Qeyd edək ki, bu matçlar II dövrədən təxirə salınan görüşlərdi. 

0