[b]Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı - VİDEO[/b]
08.01.2017 - 15:54
[b]Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı - VİDEO[/b]

Bakıda, Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, beynəlxalq seminarda dünyanın 99 ölkəsindən 370 nümayəndə iştirak edib.

 

Seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış ediblər.

 

İki gün ərzində paytaxtımızda təşkil olunan tədbirdə cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub. Seminar iki hissə - nəzəri və praktiki hissədən ibarət olub.

 

Beynəlxalq seminarın işindən hazırlanmış birinci reportajı sizə təqdim edirik.

0