[b]Millimiz məğlubiyyətlə başladı - YENİLƏNİB[/b]
09.01.2017 - 14:53
[b]Millimiz məğlubiyyətlə başladı - YENİLƏNİB[/b]

FİFA-nın I vitse-prezidenti (1955-1979) Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir. Apasport.az saytının məlumatına görə, millimiz bu gün ilk sınağına çıxıb.

 

Tarixində 9-cu dəfə beynəlxalq turnirdə çıxış edən yığmamızın ilk rəqibi Litvalı həmyaşıdları olub.

 

Azərbaycan yığması baltikyanı ölkə ilə üçüncü dəfə qarşılaşıb. Bu oyuna qədər rəqiblər turnir çərçivəsində iki dəfə görüşmüşdülər. İlk belə matç 2012-ci ildə baş tutmuşdu. 1:1 hesabı ilə başa çatan görüşün taleyinə penaltilər seriyası aydınlıq gətirmişdi. Litva yığması bu “lotereya”da daha dəqiq olmuşdu – 6:5. Yığmamız 1 il sonra revanş ala bilmişdi. 2013-cü ildəki matç məhsuldarlığı ilə də diqqət çəkmişdi. Millimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.

 

Bugünkü görüşdə isə yenə litvalılar seviniblər. Fasilə ərəfəsində rəqibin qoluna komandamız ikinci hissənin əvvəlində Doğukan Öksüzlə cavab verib. Lakin Litva yığması dərhal ikinci dəfə hesabda önə keçib və bunu sona qədər qorumağı bacarıb. Bununla da U-19 millimiz turnirdəki ilk qarşılaşmasında minimalhesablı məğlubiyyətə düçar olub.

 

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanla üz-üzə gələcək.

 

 

Valentin Qranatkinin xatirə turniri

Qrup mərhələsi

9 yanvar

 

C qrupu

Litva – Azərbaycan - 2:1

Qollar: Tadas Paulikas, 44, Edqaras Utkis, 59 - Doğukan Öksüz, 55

Litva: 12. Piyus Petkyaviçus, 15. Kipras Kajukolovas, 4. Deyvidas Mikalauskas, 5. Tadas Paulikas, 23. Deyvidas Raulinaitis, 21. Arnas Borodinas, 11. Domantas Vitkus, 7. Andryus Luçauskas, 16. Matas Ramanauskas, 10. Edqaras Utkus, 9. Djyuqas Sunelaitis

Ehtiyat oyunçular: 1. Korneliyus Smilinqis, 2. Matas Voronko, 19. Deyvidas Skarjausjas, 6. Martinas Vasilyauskas, 14. Ronaldas Misunas, 13. Domantas Putryus, 17. Lukas Yakaviçus, 8. Tomas Yanuşauskas, 18. Titas Aukştolis

Baş məşqçi: Vitautas Vaşkunas

Azərbaycan: 1. Murad Popov, 2. Mətin Gülər, 3. Ricat Qarayev, 4. İsmail Karakaş, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 10. Pilağa Mehdiyev, 15. Ceyhun Muxtarlı, 7. Fərid Nəbiyev. 11. Barış Ekincier, 9. Doğukan Öksüz

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 17. Murad Qayalı, 13. Yusif Həsənov, 5. Rəhman Daşdəmirov, 6. İbrahim Qədirzadə, 18. Rafael Məhərrəmli, 16. Əli Sadıxov, 20. Bahadur Həziyev, 19. İbrahim Əliyev

Baş məşqçi: Təbriz Həsənov

Hakimlər: Ranel Ziyakov, Andrey Savin, İvan Bondarenko, Dmitri Smirnov (hamısı Rusiya)

Hakim-inspektor: Dmitri Lyubin (Rusiya) 

 

0