SİZİN REKLAM BURADA

MOK İntiqam Zairova mükafat verəcəkmi?

“Biz Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının hələlik rəsmi məktub almışıq. Müraciəti gözləyirik”. Bunu apasport.az saytına Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında Azərbaycan idmançısı İntiqam Zairovun (94 kq) London Yay Olimpiya Oyunlarının gümüş medalını qazandığı açıqlanıb. İdmançımızın ikinci yerə yüksəlməsi isə onun Olimpiya medalçıları üçün nəzərdə tutulan mükafatı alıb-almayacağı sual doğurur.

 

Buna aydınlıq gətirən Hüseynzadə bildirib ki, Zairova hansısa mükafatın verilməsi gözlənilmir: “Əgər bunu Beynəlxalq Olimpiya Komitəsi təsdiqləyərsə, inanmıram ki, İntiqam Zairova hansısa mükafat verilsin. Çünki həmin vaxtın mükafatı 2012-ci ildə paylanılıb”.

 

Qeyd edək ki, Zairov Londonda 6-cı olmuşdu. Lakin ondan öndə qərarlaşan 4 idmançının təkrar analizi müsbət nəticə verdiyindən həmyerlimiz ikinci pilləyə yüksəlib.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10